Yay tətilini xarici ölkələrdə keçirməyi planlaşdıranlar. Bunun üçün əvvəlcə viza almaq qaydaları və onun qiymətləri ilə maraqlanmaq lazımdır. Sizin üçün turist vizalarının qiymətlərini araşdırmışıq.
Yay gəldi, artıq tətili keçirəcəyimiz yer haqqında düşünməyin vaxtı da çatdı. Bəs Azərbaycandan istirahətə getmək üçün hansı ölkə daha sərfəlidir? Bu sualın cavabında viza qiymətləri əsas yeri tutur. Turizmçilərin sözlərinə görə, turist vizalarının qiymətləri ölkədən-ölkəyə dəyişir. Onların arasında hətta 240 manata başa gələni də var.
Şengen ölkələrinə isə viza qiyməti nisbətən aşağıdır - 35 avro. Bu siyahıya Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn və Xorvatiya daxildir.
Misirə səfər etmək istəyənlər vizaya görə 25 dollar, Dubaya isə 75 dollar ödəməlidirlər. Tailanda viza 40 dollara, Hindistana 45-ə , Yaponiyaya isə 50 dollara başa gəlir. Viza üçün tələb olunan sənədlərin siyahısı isə bütün ölkələr üçün eynidir.
Bu arada, Azərbaycan da ölkəmizə səfər edən turistlər üçün viza rüsumlarını 50 dollardan 20 dollara endirməyə və bir sıra tələbləri ləğv etməyə hazırlaşır. Bununla bağlı layihə Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
xezerxeber.com