Ucarda barama tədarükü davam edir
13.6.2016

Ucar rayonunda barama tədarükü davam edir.

Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumatda bildirilir ki, uzun fasilədən sonra bu il Ucarda 40 qutu baramaqurdu bəslənilib. İyirmi dörd nəfər kümçü tərəfindən yetişdirilən barama hazırda “Şəki ipək” ASC-yə satılır. İndiyədək 1276 kiloqram barama təhvil verilib. Səhmdar cəmiyyətin nümayəndələri tərəfindən yerlərdə təhvil götürülən baramanın hər kiloqramı üçün kümçülərə 8 manat nağd pul ödənilir.


azertag.az