“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi çərçivəsində Gəncədə təlimlərə başlanılıb
13.6.2016

Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə “AXA MBASK” sığorta şirkətinin dəstəyi ilə valideynlər üçün “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

Təlim zamanı valideynlərə “Uşaqlarda davranış pozuntuları”, “Uşaqda düzgün davranışı necə formalaşdırmaq olar?” mövzularında məlumat verilib.

Bildirilib ki, ailədə yetərincə sevgi, qayğı görməmək, aqressiya yaradan kompyuter oyunları, böyüklərin həddən artıq avtoritar davranışı uşaqlarda davranış pozuntularına səbəb olur. Buna görə də uşaqlara diqqət göstərmək, onları bu hallardan uzaq tutmaq lazımdır.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb, məlumatlandırıcı bukletlər paylanılıb.

azertag.az