Monteneqro hökuməti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Kumbordakı “Orijen Battalion” kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə bağlayacaq.
Çernoqoriya hökumətinin saytına istinadən verilən xəbərə görə, 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur.
Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb.
45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq.
Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək.
APA