Musiqili Teatr Formula 1 ilə bağlı xüsusi repertuar hazırlayıb
13.6.2016

Azərbaycan Dövlət Musiqili Teatrı Formula 1 üzrə Avropa Qran-pri yarışı ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək.
Teatrdan verilən məlumata görə, səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunacaq.
Belə ki, beynəlxalq yarış həftəsi ərzində R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” tamaşaları nümayiş etdiriləcək.

report.az