Qafqaz regionu üzrə ən böyük təhsil “facebook” səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi 2015/2016-cı tədris ilinin ən yaxşi rektoru sosial yarışmasının qalibini elan edib.
Bir həftə davam edən və 81.000 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Tədris ilinin ən yaxşı rektoru” olub. 5000 tələbəsi olan ADAU-nun rektoru 60,8% səs toplayaraq səsvermədə digər rəqiblərini üstələyib.
İyunun 2-də Gəncədə keçirilən “Tədris ilinin ən yaxşı rektoru” təltifetmə mərasimində rektoru təltif edən “Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman rektorlar arasında il ildən sağlam rəqabətin artdığını bildirərək bu tədris ilində region universitetinin rektorunun qalib gəlməsini xüsusi vurğulayıb.
Qeyd edək ki, səsvermə universitetin tələbə sayı ilə səsvermədə iştirak edənlərin nisbəti və tədris ili ərzində universitet üçün gördüyü işlər əsasında keçirilib.
Bundan öncəki yarışmalarda BDU rektoru Abel Məhərrəmov, ADA Universitetinin rektoru Hafiz Paşayev, BANM rektoru Elmar Qasımov qalib gəliblər.
lent.az