"Fidan" rəqs ansamblının hesabat konserti
13.6.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q. Abbasov adına Mədəniyyət Sarayında fəaliyyət göstərən "Fidan" rəqs ansamblının hesabat konserti keçirilib.

Baş İdarədən bildirilib ki, konsert 15 iyun - Milli Qurtuluş gününə həsr olunub. Konsertdə 15 iyun - Milli Qurtuluş günü haqqında məlumat verib.

Sonra "Fidan" rəqs ansamblının ifasında milli və xarici rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

Sonda ansamblın rəhbəri Gülnarə Yaqubova təşəkkürnamə ilə təltif olunub.

azertag.az