Gənc rəssam Aqil Abdullayev 13 fevral 1992-ci ildə anadan olub. İncəsənətlə ciddi məşğul olmazdan qabaq Universitetdə oxuyurdu. 2011-ci ildə Universiteti buraxmaq və sevimli işlə ciddi məşğul olmaq qərarına gəlir. Layihənin seçim turu zamanı Aqilin istedadı və yaradıcılıq potensialı YARAT yaradıcılıq məkanı kollektivinin diqqətini çəkdi.
Aqilin ilk fərdi sərgisi “I go out by Myself” adını daşıyır (11 iyul - 11 avqust). Onun işləri dünyanın rəssamın şəxsi həyatına təsirindən bəhs edir. Müəllif tək gəzməyi, hadisələri və insanları müşahidə etməyi xoşlayır. Gəncliyin qeyri-adi enerjisi, axtarış həvəsi şəkillərin hər birində hiss olunur.
Sərginin keçirilmə məkanı təsadüfi seçilməyib. Neftçilər prospekti, 127 ünvanında yerləşən "Bisque" mağazası Azərbaycanda ilk dəfə müştərilərinə komfortlu həyat tərzi üçün geniş spektrlı mallar təklif edir. Mağazada dəbli qadın geyimləri, kitablar, musiqi diskləri, ev aksessuarları və dəriyə qulluq məhsulları satılır. Mağazanın tərtibatı YARAT" laiyhəsi konsepsiyası ilə üst-üstə düşür.
bakulife.az