İyunun 21-i saat 02:34-dən etibarən yay fəsli başlayacaq
13.6.2016

AMEA Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb.

AMEA xəbər verir ki, 20 mart Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli 21 iyun saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

Rəsədxananın məlumatına əsasən payız 22 sentyabr saat 18:21-də, qış isə 21 dekabr saat 14:44-də gələcək.

report.az