Park Bulvar sizləri "Sehirli qum zərrəçikləri" adlı maraqlı və yeni layihəyə dəvət edir. Layihə 12 iyul 15:00-dan 19:00-a qədər keçiriləcək. 
Peşəkar psixologiya Mərkəzinin nümayəndələri uşaqlarınızı "Qum terapiyası" ilə sevindirəcək. 
Valideynlər uşaqlar üçün bu əyləncə haqqında daha ətraflı məlumat ala biləcəklər. 
Layihə çərçivəsində: qumla şəkil çəkmək, qum üzərində müxtəlif oyunlar, rəngli qumla oyunlar. Psixoloqlar uşağınız haqqında məlumatı analiz edəcək: seçilən rənglərin mənası, uşağın yaradıcılıq qabiliyyətinin səviyyəsi, qorxu, həyəcan, özünə inam hissi və s. 
bakulife.az