Qoç - Diqqətli olun, bu gün özünüzü aldatmağa meyllisiniz və asanlıqla dalana düşə bilərsiniz. Yaxınlarınızla münasibətləriniz birmənalı deyil - anlayışı yanlış yerdə arayır və sizinlə maraqlanmayan, sizə ümumiyyətlə ehtiyac duymayan insanlara doğru can atırsınız. Köhnə dostlarınızı unutmusunuz? Bax onlar sizə kömək edərlər.
Günün ikinci yarısı yüngülbeyinlik etmək həvəsinə düşəcəksiniz. Bu, xırda problemlərin həllində kömək edir, amma ciddi məsələlərə gələndə əsl təhlükə yaradır. Pulları boşuna xərcləməyin, qənaətcil olmağınız vacibdir.
Buğa - Günün ilk yarısı daha sakit və məhsuldardır. Onu daha çox faydalı etməyə çalışın. Bu dövrdə yalnız həqiqi maraq göstərdiyiniz işlərlə məşğul olun. İntuisiyanıza güvənin, ətrafdakıların məsləhətlərindən çox, daxili səsinizi dinləyin.
Axşamçağı isə mənfi tendensiyalar özünü büruzə verəcək. Xoşagəlməz hadisələrin tam ortasında olduğunuzun fərqinə varacaqsınız. Bu müddətdə işinizlə, yaxud maliyyə vəsaitlərinin yerləşdirilməsi ilə bağlı məsələləri həll etmək məsləhət deyil. Çoxdan sizə ziyan vermək istəyən birisi işlərinizə burnunu soxmağa çalışacaq.
Əkizlər - Çox maraqlı gündür. Gözəl fürsətlər yaranır, bunlardan istifadə etməklə həyatınızı xeyli dəyişdirə bilərsiniz. İşgüzar və şəxsi maraqlar çulğalaşır, işdə məhəbbət macərasına rəvac verir. Cazibədar və ürəkyaxansınız, diqqətsiz qalmayacaqsınız.
Nüfuzlu insanlar, dövlət təşkilatlarının, hüquq-mühafizə orqanlarının işçiləri ilə təmaslar üçün münasib gündür. Səfərə çıxa bilərsiniz. İnteryer üçün əşyalar, qab-qacaq və ev üçün digər əşyalar ala bilərsiniz.
Xərçəng - Yaxşılığa doğru xırda dəyişikliklər çox olacaq. Şəraitdən tez baş çıxarır, düzgün qərarlar verir, istənilən uğurlu təsadüfdən maksimum yararlanmağa çalışırsınız. Qadınlarla ünsiyyət üçün əla gündür, onlar bu gün sizə yaxşı rəfiqə və gözəl partnyor olacaqlar.
Daşınmaz əmlakla, həmçinin köçmək və təmirlə bağlı məsələləri həll etmək üçün münasib gündür. Ailə üzvləri ilə dil tapmaq asandır. İstənilən fikir ayrılığını tezliklə aşmağı, istənilən müzakirəni konstruktiv məcraya çevirməyi bacaracaqsınız.
Şir - Səhərçağı çətinliklərdən qaçmaq mümkün olmayacaq. Bu qarışıq vaxt münaqişələr, fikir ayrılıqları, qarşıdurma və mübarizə ilə doludur. Mehriban və dostcanlı olan Şirlərin də qəfildən düşmənləri peyda olur və onlara lazımi cavabı vermək gərəkdir. İşdə çətinliklər meydana çıxa bilər. Müstəqil hərəkət etməli olacaqsınız, çünki kimə etibar edəcəyinizi bilmirsiniz.
Maliyyə problemləri mümkündür, pulları necə gəldi, düşünmədən sərf edirsiniz. Qadın qohumlarınız və ya rəfiqələrinizlə aranızda fikir ayrılığı yaranacaq. Kişilərlə daha asan dil tapırsınız. Romantik macəralar mümkündür: rəğbət qarşılıqlı, amma ötəridir.
Qız - Gərgin və çətin gündür. Təzadlı emosiyaların məngənəsindəsiniz. Əvvəlcə nəyin nə olduğunu aydınlaşdırın, sonra irəli gedərsiniz. Nüfuzlu insanlarla görüşüb iş tutmayın, kütlə qarşısında çıxışlardan imtina edin. Sövdələşmələrdən vaz keçin: onlar uğursuz olacaq.
Zədə almaq ehtimalı böyükdür. Fiziki işdən, idmandan, uzunmüddətli səfərlərdən, iti alətlərlə işdən imtina etsəniz, ağıllı iş görmüş olarsınız. Günün ikinci yarısında yaxşı imkanlar yaranacaq. Maraqlı tanışlıqlar da istisna deyil.
Tərəzi - Gün yaxşılığa doğru dəyişikliklər gətirəcək. Bunun çoxu sizin nikbinliyiniz və getdikcə artan işgüzar aktivliyinizlə bağlıdır. Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq üçün əla gündür. Əvvəlcə başladığınız işləri də uğurla bitirə bilərsiniz.
Qəflətən aydın olacaq ki, şəxs problemləriniz sizə göründüyü kimi heç də mürəkkəb deyil: onların həlli asan və xoşdur. Hədiyyələr, xoş sürprizlər mümkündür. Planlaşdırmadığınız səyahətə çıxa bilərsiniz. Enerjiniz çoxdur.
Əqrəb - Məhsuldar, ahəngdar gündür. Gözəl əməkdaşlıq üçün yaxşı imkanlar var. İnsanlarla (xüsusilə qadınlarla) asan dil tapırsınız. İstənilən şəxsi öz tərəfinizə çəkə bilərsiniz. Bir şey pisdir: ehtiyatlı deyilsiniz, bu səbəbdən də istənməz təmaslar mümkündür.
Xeyriyyə tədbirlərində iştirak, yaxınlarınıza yardım təqdir olunacaq. Başqalarının problemləri barədə fikirləşəndə özünüzünkülər elə də mürəkkəb görünməyəcək. Faydalı məlumat ala bilərsiniz. Amma ilk əvvəl onu necə layiqincə istifadə etməyi bilməyəcəksiniz.
Oxatan - Gün sizin üçün xoş olacaq. Enerjili və qətiyyətlisiniz, bu, istənilən maneəni aşmağa kömək edəcək. Səfərlərə, eyni zamanda uzun və uzaq səyahətlərə çıxa bilərsiniz. Bu gün müəyyən məlumatın yayılması, kütləvi informasiya vasitələrinin nümayəndələrilə təmaslar, müəllimlik fəaliyyəti üçün münasibdir.
Hərdən sizə elə gələcək ki, ətrafınızdakılar sizin xidmətlərinizi layiqincə qiymətləndirmirlər, amma buna görə kefinizi pozmayacaqsınız. Xırda anlaşılmazlıqları görməməyə çalışmağınız yaxınlarınızla mübahisələrdən qaçmağa imkan verəcək. Günün ikinci yarısı romantik görüş mümkündür.
Oğlaq - Asan gün deyil. Sizi tənqid atəşinə tutacaqlar. Bu, müəyyən qədər konstruktiv olsa da, heç də xoşagələn olmayacaq. Düzgün qərar vermək çətindir. Çünki siz yalnız öz maraqlarınızı düşünürsünüz, bu isə indi yolverilməzdir.
Bir çox Oğlaqlar problemlərilə baş-başa və pərişandırlar. Dəyişikliklər axtarışındasınız, amma hərəkətlərinizin nəticəsinin necə olacağı barədə fikirləşmirsiniz. Çox diqqətli olun, bu gün ciddi zədə ala bilərsiniz.
Dolça - Gün mürəkkəbdir, amma enerjiniz, ağlınız, qətiyyətiniz çətinliklərin öhdəsindən gəlmək üçün kifayət edir. Ancaq nəzərə alın ki, yalnız sakit şəraitdə düzgün qərar qəbul etmək mümkündür, emosiyalarınızın əlində əsir olarkən ağlınıza yaxşı ideyaların gələcəyini sanmayın.
Maliyyə çətinlikləri ola bilər. Düzdür, bu durumun ömrü qısa olacaq, amma xeyli sıxılacaqsınız. Bundan başqa, qiymətli texnikanın, avtomobilin, rabitə vasitələrinin sıradan çıxması mümkündür. Uzaq səfərlərə təklikdə çıxmaq məsləhət deyil.
Balıqlar - Bir çox problemlərin, o cümlədən, özünüzün özünüzə yaratdığınız əngəllərin həll olunması gündəmdədir. Nikbinsiniz, hətta ən çətin anınızda ümidinizi itirmirsiniz. Düzgün taktika seçir, öz maraqlarınızı savadlı şəkildə müdafiə edir, kimin tərəfdaşınız, kiminsə düşməniniz olduğunu ayırd edirsiniz.
Öz gücünüzü və imkanlarınızı düzgün hesablamamağınız isə sizə ciddi təhlükə yarada bilər. Çox şeyə qadirsiniz, amma dağları çevirməyə də yox: bunu özlüyünüzdə tez-tez təkrar edin. Çox darıxdığınız bir adam rastınıza çıxacaq.
Milli.Az