Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib.
Bu barədə Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü və hazırladıqları qrafikə uyğun olaraq aparılıb.
Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəis müavini İlqar Haqverdiyevin nəzarəti ilə baş tutub. Kampaniyada Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasına Qan Bankının şöbə müdiriGülarə Abbasova rəhbərlik edib. Həkim briqadası aksiya çərçivəsində donorlara tibbi xidmət göstərib.
Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
report.az