Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft və Qazçıxarma İdarəsinin 4 nömrəli dərin dəniz özülündə istismar müddətini başa vurmuş nasoslar “Sulzer” OHH 6-4x6-16 tipli yeni nasoslarla əvəzlənərək istismara verilib.
SOCAR-dan verilən xəbərə görə, bu nasoslar özüldə hasil olunan neftin “Neft Daşları”ndakı yığım parkına fasiləsiz nəqlinə şərait yaradıb.
"Yeni nasosların əvvəlkilərdən fərqi dövrlər sayının avtomatik tənzimlənməsidir. Mərkəzdənqaçma növlü nasosların dövrlər sayının tənzimlənməsi “Azneft” İstehsalat Birliyində ilk dəfə tətbiq olunur. Hazırda “Sulzer” markalı nasosların digər dəniz özüllərində tətbiqi istiqamətində də işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.
report.az