Yol polisi “Son zəng” günü ilə bağlı valideynlərə xəbərdarlıq edib
14.6.2016

Yol polisi orta ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdalıq edib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət olunacaq: "Bu barədə valideynlərə də xəbərdarlıq edirik ki, diqqətli olsunlar. Azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".

V.Əsədov qeyd edib ki, son zəng tədbirlərinin keçirilməsi ilə əlaqədar BŞBDYPİ əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: "Bakı şəhərində "Son zəng" tədbirlərinin keçirildiyi bütün orta ümumtəhsil məktəbləri nəzarətə götürülüb. Təhlükəsizliyin təmin olunması məqsədi ilə orta məktəblərin yerləşdiyi ərazilərdə yol polisi əməkdaşlarının xidməti təşkil olunub".

report.az