“Yuğ” Teatrının direktoru beynəlxalq tədbirə qatılıb
14.6.2016

Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək bir sıra ustad dərsləri və seminarlarda iştirak etmək üçün səfərdədir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində ilk tədbir artıq Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Həmçinin, “Creativ Europe” proqramına təqdim olunmaq layihələrin hazırlanmasına xidmət edən seminar və ustad dərslərində məsləhətçi kimi iştirak edən T.Rəsulov Ukrayna, Moldova və Gürcüstandan təqdim edilmiş layihələrin seçilməsində və təkmilləşdirilməsində iştirak edib.

Layihə çərçivəsində növbəti tədbirlər iyunun 15-də Kişinyovda, iyunun 17-də isə Tbilisidə keçiriləcək.

azertag.az