Bakıda fotoqraflar üçün seminar-treninqlər təşkil olunub
14.6.2016

İyunun 14-də Bakıda fotoqraflar üçün “Foto-video materialların hazırlanmasında müasir standartlar” adlı seminar-treninqlər təşkil olunub.

“Landmark”da baş tutan seminar- treninqdə yaş məhdudiyyəti olmayan fotoqraflar iştirak edib.

Treninqdə alman fotomüxbiri Rene Schulthoff kommunikasiya, humanitar vəziyyətlərin monitorinqi, fövqəladə humanitar yardımın idarə olunması, humanitar prinsiplər və strategiyaların təşviqi, kütləvi informasiya vasitələri ilə münasibətlər və digər məsələlər haqqında məruzə ilə çıxış edib.

Daha sonra “Yaxşı foto necə olur. Müasir konsepsiya”, “Sosial media üçün vedoformatlar”, “Texniki parametrlər”, “Ölçülər, foto haqqında məlumat”, “Qısa və ortametrajlı videoların çəkilişi üçün əsas qaydalar” və digər mövzularda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

azertag.az