Hələ anadan olmamış körpə anasının bətnindəykən yol-nəqliyyat qəzasına səbəb olub. Hadisə İsveçrədə baş verib.
Hamilə ana sükan arxasında olarkən onun bətnindəki uşaq anasına elə zərblə təpik atıb ki, qadın özünü itirib və maşını yolun kənarındakı elektrik paylama qutusuna çırpıb. Bundan sonra maşın sürüşüb, bağçanın divarına çırpılaraq dayanıb.
Əzilmiş maşındakı hamilə qadın və onun bətnindəki körpə xəsarət almayıblar.
Milli.Az