Bu gündən Bakı-Tivat istiqaməti üzrə çarter reyslər başlayır
21.6.2016

Bu gündən etibarən "Montenegro Airlines" aviaşirkətinin həyata keçirəcəyi Tivat-Bakı-Tivat marşrutu üzrə çarter reyslərinin həyata keçirilməsinə başlanılır.

Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək və sentyabrın əvvəlində başa çatacaq.

Biletin qiyməti, hoteldə qalmaq və digər xidmətlərin dəyərinin daxil olduğu tur paketin qiyməti 600 avrodan başlayır.

Qeyd edək ki, "Montenegro Airlines" bir neçə ildir Çernoqoriya və Azərbaycan arasında çarter reysləri həyata keçirir.

report.az