"Force India" komandasının meksikalı pilotu Serxio Peres iyunun 17-19-da Bakıda keçirilmiş Formula-1 üzrə Avropa Qran Prisinin ən yaxşı yürüşçüsü seçilib.
S.Peres Formula-1-in rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində ən yaxşı seçilib.
Qeyd edək ki, S.Peres təsnifat mərhələsində 2-ci yeri tutsa da, ötürücü qutunun dəyişdirilməsi səbəbindən yarışa 7-ci sırada başlamaq məcburiyyətində qalıb. Sonda isə o, üçüncü yeri tutub. İlk iki yeri isə alman pilotlar - Niko Rosberq və Sebastyan Fettel tutub.
report.az