Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa səhnələşdirilir.
Belə ki, “Azercell Telekom” MMC-nin dəstəyi, Dövlət Gənc Tamaşaçılar Teatrının və İsveçin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İsveç dramaturqu xanım Astrid Linqridin uşaqlar üçün yazdığı “Uzun corab və peppi” adlı əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə start verilib.
Bu sözləri teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov bildirib.
M.Həmidov vurğulayıb ki, bunun üçün isveçli rejissor Roni Donielson teatra dəvət edilib. Rejissor burda olduğu dörd gün ərzində səhnə əsərinin məşqlərində yaradıcı kollektivlə birgə çalışacaq. Süjet xəttini uşaqlara qayğı, sevgi və mərhəmət təşkil edən səhnə əsərinin ictimai baxışı oktyabrın 29-da baş tutacaq.
Qeyd edək ki, yeni layihənin həyata keçirilməsində məqsəd İsveç dramaturqu xanım Astrid Linqridin uşaqlar üçün tərbiyəvi mövzuda yazılmış əsərlərini təbliğ etməkdir.
azertag.az