Füzuli Teatrında "Həmyerlilər” tamaşası nümayiş etdirilib
21.6.2016

Füzuli Dövlət Dram Teatrında "Həmyerlilər” əsərinə ictimai baxış keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xəbərə görə, Füzuli Dövlət Dram Teatrının 2016-cı il üzrə repertuarında olan Altay Məmmədovun "Həmyerlilər” əsərinə ictimai baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, İntizar Quliyeva, Elşən Gözəlov, Firuzə Səfərəliyeva, Elçin Məmmədov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva, Vüqar Babayev və başqaları çıxış edir.

report.az