Namiq Qaraçuxurlu 4 nəfər musiqiçi ilə duet oxuyub. Təklif ona qarşı tərəfdən gəlib və meyxanaçı həmkarlarına dəstək məqsədi ilə razılığını bildirib. Bu barədə onun prodüseri Ataş Hüseyn məlumat verib.
"Azərbaycan haqqında vətənpərvər ruhda meyxana yazılıb. Uşaqların 3-ü gənc meyaxanaçılardır - Vüqar Şiriyev, Vüqar Biləcəri və Sabiraddan olan Pərviz. Onların ikisi "De gəlsin" layihəsinin iştirakçısı kimi tanınırlar. Namiq uşaqlara dəstək məqsədi ilə təklifi dəyərləndirdi. Yazılan meyxana öncə Namiqin senzurasından keçib, təklifini bildirib və sonra dördlüyün ifasında lentə yazılıb", - deyən prodüseri Namiqin eyni ruhda daha bir solo ifa yazdırdığını diqqətə çatdırdı.
"Azərbaycan" adlı vətənpərvər mahnı hazırda son studiya həllini tamamlayır. Bunun söz və musiqisi Namiqin özünə məxsusdur. Mahnı hazır olandan sonra N.Qaraçuxurlu ona klip çəkdirməyi düşünür", - deyə Ataş Hüseyn bildirdi.
anspress.com