Bakıda, "Gənclik" metrosunun yaxınlığında, Qələbə meydanında tunel tikintisi üzrə intensiv işlər gedir. Bu barədə icraçı şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Quliyeva deyib. Onun sözlərinə görə, işlər ən yüksək səviyyədə həyata keçirilir.
"İşin birinci mərhələsində 6 ədəd tunelin istifadəyə verilməsi nəzərdə tutulur. İkinci mərhələdə isə yeraltı dayanacaq, piyada keçidinin tikintisi və "Gənclik" stansiyasının iki çıxışının dəyişdirilməsi nəzərdə tutulur", - o əlavə edib.
A.Quliyeva deyib ki, işlərin ikinci mərhəsi 2013-cü ildə başa vurulacaq.
“Bütün bunlarla yanaşı, Qələbə meydanında park da salınacaq”, - o qeyd edib.
ANS PRESS