Məlumatlar işıq sürətində ötürüldü
21.6.2016

Səudiyyə Ərəbistanında Kral Abdullah adına Universitetin mütəxəssisləri tərəfindən keçirilmiş sınaq zamanı görünən işığın köməyi ilə informasiyanı rekord sürətdə ötürmək mümkün olub. Gələcəkdə sözügedən texnologiyanın “Wi-Fi” texnologiyasını əvəz edəcəyi gözlənilir.

Mobil rabitə və “Wi-Fi” texnologiyası tərəfindən istifadə olunan radiodiapazonlar bu gün həddən çox yüklənib və çoxlu maneələr yaranır.

Görünən işığın köməyilə məlumatların ötürülməsi informasiyanın daha sabit və səmərəli yayılmasını təmin edəcək.

Sözügedən texnologiyanın yeganə çatışmazlığı odur ki, məlumatlar bir məkan daxilində ötürülə bilər. Lakin bu, həm də texnologiyanın üstünlüyüdür - belə ki, qonşu otaqdan məlumatların ələ keçirilməsi qeyri-mümkündür.

Qurğu məlumatları 2 Qbit/s sürətlə ötürə bilər.

xezerxeber.com