İyunun 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Dəb və İncəsənət” mövzusunda “SS Fashion Room” adlı moda nümayişinin açılış mərasimi keçiriləcək.
ADRA-dan bildiriblər ki, layihənin keçirilməsinin məqsədi Azərbaycanda yeni formalaşmaqda olan dəb sərgilərinə yenilik gətirmək və bunu ənənə halına salmaqdır. Tədbirdə ADRA-nın bu sahədə yenicə addım atan tələbələrinin əl işləri nümayiş etdiriləcək.
Nümayiş creativ geyimlərlə yanaşı, “body art” və modellərin fərqli üslubları ilə seçiləcək. Bu cür nümayişlər dünyada artıq dəb halını alsa da, Azərbaycanda ilk dəfə keçirilir.
Tədbirdə 20-dək geyim nümayiş olunacaq. Geyimlər rəssamların əl işləri əsasında hazırlanıb.
azertag.az