Yaxın Şərqdə çox sevilən Radio Sawa dünya şöhrətli azərbaycanlı müğənni Alim Qasımov və qızı Fərqanə Qasımova barədə veriliş yayımlayıb.
Verilişdən hazırlanmış video parça radionun saytında və “facebook” səhifəsində "dünyanın ən böyük müğənnilərdən olan" başlığı altında yayımlanıb. Qeyd edilib ki, bu sözləri “Nyu-York Times” qəzeti Alim Qasımov haqqında demişdir.
Verilişdə xanəndənin qızı ilə birlikdə ifa etdiyi böyük Azərbaycan şairi Məhəmməd Füzulinin sözlərinə bəstələnmiş mahnıdan parça da verilir. Dil baryerinin olmasına baxmayaraq, xanəndənin ifasının zövq verdiyi bildirilir.
Radionun “facebook” səhifəsində yayımlanmış video parçaya qısa vaxt ərzində 10 mindən çox baxış olub.
azertag.az