Streslə mübarizənin effektiv metodu tapılıb
22.6.2016

Tədqiqatçılar bu nəticəyə gəlib ki, yaradıcı iş streslə mübarizədə kömək edir.

Alimlərin topladığı 39 nəfərlik qrup 45 dəqiqə davam edən art-terapiyada iştirak edib. Bu testdən əvvəl respondentlər kortizol (stress hormonu) testindən keçib.

Təcrübədə iştirak edən könüllülərə heç bir məhdudiyyət olmadan yaradıcılıqla məşğul olmaq icazəsi verilib.

Məşğələ başa çatdıqdan sonra iştirakçıların 75 faizində kortizolun səviyyəsi azalıb.

Qeyd etmək lazımdır ki, rəsm çəkə bilmək istedadının bu təcrübədə heç bir əhəmiyyəti olmayıb.

azertag.az