Müəllimlərin yerdəyişmə imtahanının nəticələri açıqlandı
22.6.2016

Müəllimlərin iş yerini dəyişməsi ilə bağlı 16-17 iyun tarixlərində keçirilmiş imtahanların nəticələri bəlli olub.

Təhsil Nazirliyindən bildirilib ki, 16-17 iyun tarixlərdə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76.93%) iştirak edib.

Müəllimlər sırasında əsasən ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstərib. Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri olub.

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.

lent.az