Rusiyalı turist İtaliyada 110 min avro udub
9.7.2012

Toskan sahillərində istirahət Rusiyadan olan 40 yaşlı turist üçün çox uğurlu olub. Belə ki, o, Lido-di Kamayore (Lukki vilayəti) kurort şəhərində istirahət zamanı "Cash and Fruits" videolotereyasında oyun avtomatında 110 min avro udub.

Elə həmin zalda oyun avtomatında belə böyük məbləğlər əvvəllər də udulub.

2011-ci il sentyabrın 14-də Apuliya sakini burada 124 min avro udub.

TREND