İyunun 25-də Bakıda növbəti "Baku Fashion Night 2016" layihəsi keçiriləcək.
"Excelsior Hotel & Spa" otelin dəstəyi ilə keçirilən tədbirin əsas təşkilatçısı FMS Models model agentliyin rəhbəri Lyubov Gutorovadır.
"Baku Fashion Night 2016" moda gecəsinin qonaqlarını maraqlı və rəngarəng proqram gözləyir. Tədbirdə rəssam-keramist Vüsalə Ağaraziyevanın və gənc dizaynerlərin aksessuarlarının, bijuteriyalarının və zinət əşyalarının sərgisi nümayiş olunacaq.
Gecənin əsas proqramı modelyer-dizaynerlərin "Yay 2016" kolleksiyalarının moda nümayişləri təqdim olunacaq.
azertag.az