İyunun 22-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Əmir Həbibzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor Ə.Həbibzadənin mənalı ömür yolundan, elmə, təhsilə verdiyi töhfələrdən danışıb.
Digər çıxış edənlər də alimin səmərəli elmi-pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, xatirələrini söyləyiblər.
azertag.az