Dünyanın ən güclü superkompüterləri bəlli olub
22.6.2016

Dünyada ən güclü superkompyuterlərin reytinqi (“Top500”) yenilənib. Çinin “Sunway TaihuLight” sistemi birinci yerdə qərarlaşıb.

Sözügedən sistemin özəlliyi kompyuterdə Çində hazırlanmış çiplərdən istifadə edilməsidir.

Məlumata əsasən, söhbət Şanxay Məhsuldar Mikrosxemlər Hazırlanma Mərkəzində (“Shanghai High Performance IC Design Center”) yaradılmış “SW26010” prosessorundan gedir.

Milli Superkompyuter Mərkəzində qurulmuş “Sunway TaihuLight” superkompyuteri 93 petaflops məhsuldarlığa malikdir ki, bu da reytinqin əvvəlki lideri (“Tianhe-2”) ilə müqayisədə təxminən iki dəfə yüksək göstəricidir.

Dünyanın 10 ən sürətli kompyuter siyahısına Çindən 2 sistem, ABŞ-dan 4-ü, həmçinin Yaponiya, Almaniya, İsveçrə və Səudiyyə Ərəbistanı daxil olmaqla hər birindən 1 sistem daxil edilib.

xezerxeber.com