Bakı əcnəbi işçilər üçün ucuz şəhərlərdən biridir
22.6.2016

Bakı əcnəbi işçilərin yaşayışı üçün ən bahalı şəhərlər siyahısında 172-ci yeri tutub.

Bu barədə ABŞ-ın "Mercer" analitik şirkətinin illik reytinqində məlumat verilib.

Reytinqin tərtib edilməsi üçün dünya üzrə 209 şəhərdə mənzil, nəqliyyat, qida, geyim və əyləncə xərcləri araşdırılıb və müqayisə edilib.

Reytinqinə əsasən, əcnəbi işçilərin yaşaması üçün ən bahalı şəhərlər Honkonq (Çin), Luanda (Anqola), Sürixdir (İsveçrə).
Regionun şəhərləri arasında Yerevan 189-cu, Tbilisi 198-cidir.

Əcnəbi işçilərin yaşaması üçün ən ucuz şəhərlər isə Bişkek (Qırğızıstan), Keyptaun (Cənubi Afrika), Vindhukdur (Namibiya).

report.az