Yaşar Nuri sabah yenidən Türkiyəyə aparılacaq
9.7.2012

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri sabah Türkiyənin Amerika Xəstəxanasına aparılacaq.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, iyulun 7-dən Mərkəzi Gömrük Xəstəxanasına aparılan Yaşar Nuri hazırda özünü yaxşı hiss edir: “Artıq biletlərimiz alınıb və sabah gedirik. Əsas məsələ Yaşarın mədəsinin yeməyə öyrəşməsidir. Bu xəstəliyin tam və köklü şəkildə müalicəsi Allahın əlindədir. Biz əlimizdən gələni edirik”. R. Nuriyeva deyib ki, Türkiyədən Bakıya nə vaxt qayıdacaqları hələlik məlum deyil: “Elə dərmanlar var ki, həkimlər deyir və burada tapa bilmirik. Eyni zamanda həkim nəzarətində olmaq daha yaxşıdır”.

APA