Azərbaycanda əhalinin sayı açıqlanıb
9.7.2012

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9 milyon 294 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşür.

2012-ci ilin birinci yarısında 86,4 min, gündə təxminən 475 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artıb.
Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub. Сari ildə doğulan körpələr üçün 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş ömür uzunluğu gözlənilir.


Gün.Az