Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binasının bu ilin dekabr ayında açılması planlaşdırılır.
Mədəniyyət və turizm naziri Bolqarıstanda səfəri zamanı bolqar həmkarlarını muzeyin açılışına dəvət edib.
Qeyd edək ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Dövlət Muzeyinin təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulub. Muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir.
Muzey bükülmüş xalça formasında tikilib. Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacağı bildirilir.
APA