Türkiyənin Aralıq dənizi bölgəsində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ bölgədəki vilayətlərdə də hiss edilib.
Zəlzələnin episentri yerin 21,1 kilometr dərinliyində qeydə alınıb. Korkuteli rayonunda yeraltı təkanları hiss edən sakinlər təşviş içində küçələrə çıxıblar. Zəlzələdən sonra bir neçə avtoşok da hiss edilib. Dağıntı və tələfat isə qeydə alınmayıb.
ANS PRESS