Günün qoroskopu: başqa yol arayın
24.6.2016

Qoç - Çoxları risk etməyə meyl edirlər, haqlıdırlar, özünü doğruldacaq. İstənilən münasibətlərə başlamaq olar: ruhən yaxın insanlar bu gün bir-birlərini tez tapırlar.
Bu gün xeyli mübahisə yarana bilər. Əksəriyyət isə məhz öz məntiqinin doğru olduğuna əmin olmaq üçün mübahisə edir. Xoşbəxtlikdən, fikir ayrılıqları münaqişə üçün əsas vermir, əsasən konstruktiv ruhda müzakirələrə çevrilir.

Buğa - müsbət tendensiyaların təsiri çox güclüdür. Doğrudan da, möhtəşəm qələbələr qazana bilərsiniz. Hər şeyə vaxtınız çatır: həm işə, həm ictimai fəaliyyətə, həm istirahətə, həm yaxınlarınızla ünsiyyətə. Ziyafətə, yaxud mədəni tədbirə dəvət ala bilərsiniz. Maliyyə vəziyyətiniz yaxşıdır.

Əkizlər - qətiyyətli və məqsədyönlü, eyni zamanda inadcılsınız. Bəzən o qədər inad edirsiniz ki, yaxınlarınız sərbəst qərar vermək hüquqlarını müdafiə etməli olurlar.

Xərçəng - xırdalıqlara çox vaxt ayırır, bu səbəbdən də vacib məqamları əldən buraxırsınız. İşdə və evdə ciddi fikir ayrılıqları yarana bilər. Xüsusilə qadınlarla dil tapmaq çətin olacaq. Dincəlmək, hər şeyi öz axarına buraxmaq istəyirsiniz. Amma təəssüf ki, bu gün belə istəklər üçün yer yoxdur. Heç olmazsa, vacib işlərin həllilə məşğul olun.

Şir - əsəbi olacaqsınız. İstənilən xırdalıq sizi özünüzdən çıxara bilər. Var qüvvənizlə yaxınlarınızla münaqişədən qaçmağa çalışın, əks halda küskünlük və fikir ayrılıqları çox uzun sürəcək. Alış-veriş etmək məsləhət deyil.

Qız - mənasız və yorucu vurnuxmalar başınızı qatacaq. Hansısa planları həyata keçirməyə çalışırsınız, ancaq müqavimətlə qarşılaşırsınız, gücünüzü maneələri dəf etməyə tükədirsiniz. Məqsədinizə doğru başqa bir yol aramaq daha ağıllı olardı. İşgüzar və şəxsi ünsiyyətdə müəyyən çətinliklərin olmasına baxmayaraq, əsl dost və etibarlı tərəfdaşlar tapmaq şansınız var.

Tərəzi - uzunmüddətli planlar qurmaq məsləhət deyil: sonradan onlara düzəliş etmək qanınızı qaraldacaq. Planlaşdırılmayan görüşlər mümkündür. Heç görmək istəmədiyiniz bir insanla rastlaşa bilərsiniz.

Əqrəb - bu gün gördüyünüz bütün işlər sizə məmnunluq gətirir. Yaradıcılığa meyliniz artıb. Bəzi Əqrəblər əvvəllər bilmədikləri istedadlarını kəşf edəcəklər. İstənilən mübarizə maraqlı bir işə çevrilir. Düşmənlər nə qədər aktiv və enerjilidirlərsə, onlara müqavimət göstərmək bir o qədər maraqlı gəlir.

Oxatan - dostlarınızın əhatəsində gözəl vaxt keçirəcəksiniz. Ola bilsin ki, yeni tərəfdaş və həmfikir tapasınız. İdeyalarınızı müzakirəyə çıxarmaqdan, təşəbbüs göstərməkdən çəkinməyin. Ağıllı risk edə bilərsiniz. Səfərləriniz yaxşı keçəcək.

Oğlaq - həm işgüzar, həm şəxsi münasibətlər baxımından əla gündür. O, həm vacib məsələlərin həlli, həm də gələcək planların müzakirəsi üçün münasibdir. İstənilən işə ciddi və əsaslı yanaşırsınız. Bu həm sizi, həm də ətrafınızdakıları izafi narahatlıqdan qoruyur.

Dolça - birmənalı gün deyil. O, demək olar ki, əla başlayır, adi axarla davam edir və darıxdırıcı notlarla bitir. Odur ki, vacib görüşləri və danışıqları günün birinci yarısına salın. Səhər çağı həmçinin kütlə qarşısında çıxış, romantik görüşlər, sevgi etirafları üçün də münasibdir.

Balıqlar - bşgüzar və şəxsi sferalarda müəyyən problemlər yaranır. Ancaq siz onları görməməyi üstün tutursunuz. Bu günün bütün hadisələrində müsbət cəhət tapa bilirsiniz. Əla taktikadır: həyatsevərlik və nikbinliyinizlə insanları cəlb edirsiniz, onların sayəsində isə çox şeyə nail ola bilərsiniz.

milli.az