Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Fransa liseyində təcrübə keçiblər
24.6.2016

Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Fəxrənsə Əliyeva və Rəşid Əliyev təhsil üzrə mübadilə proqramı çərçivəsində may və iyunda təhsillərini Fransanın Metz şəhərindəki “George de la Tour” liseyində davam etdiriblər.

Akademik Zərifə Əliyeva adına Liseydən bildiriblər ki, mübadilə proqramının məqsədi Fransanın təhsil sistemi ilə tanışlıq, fransız təhsil sistemindəki yenilikləri mənimsəmək, eyni zamanda, Azərbaycan təhsilinin özünə güvənən, rəqabət duyğusu güclü olan və vətənini, təhsilini dünyada təbliğ edə biləcək biliyə sahib olan gənclik yetişdirdiyini sübut etmək idi.

azertag.az