Laureat və diplomantlarının Qala-konserti
24.6.2016

İyunun 23-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın eksperimental məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidov tərəfindən təşkil olunmuş Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsi qaliblərinin Qala-konserti keçirilib.

Laureatların iştirak etdiyi konsertdə akademiyanın eksperimental məktəb-studiyasını, Bakı musiqi məktəblərini, həm də respublikanın digər şəhərlərini təmsil edən fərqli yaş kateqoriyalarında gənc musiqiçilər çıxış ediblər.

Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

azertag.az