Amerikalı 2,6 milyon dollar dəyərində viski tapıb
10.7.2012

ABŞ-ın Missuri ştatının sakini Brayan Fayt öz evinin çardağında döşəmə taxtasının altından 13 butulka viski aşkar edib. İçkinin ümumi dəyəri təxminən 2,6 milyon dollardır.

Əvvəlcə amerikalı tapılmış butulkaların adi paslanmış buxar boruları olduğunu hesab edib. Butulkalar təxminən 1912-ci və 1913-cü illər arasında distillə edilib, amma onlara viski 1917-ci ildə tökülüb.

Fayt butulkaların 1850-ci ildə tikilmiş evin sahibi tərəfindən gizlədildiyini güman edir. Belə ki, o, məcburi olaraq alkoqol asılılığından əziyyət çəkən adamlar üçün xəstəxanaya göndərilmiş və öz "sərvəti"ni çardaqda qoymuşdu. Beləliklə, amerikalı əsl xəzinə aşkar edib, çünki viskinin dadverən keyfiyyətləri düzgün saxlandıqda vaxt keçəndən sonra da dəyişmir.

Bununla yanaşı o, nadir tapıntını satışa çıxarmağı planlaşdırmır. Fayt nadir tapıntını öz dostları ilə içmək üçün 2017-ci ili, yəni viski butulklarının 100 yaşının "tamam olmasını" gözləyir.

Trend