Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı iyunun 25-dən hər həftəsonu yenidən fəaliyyətə başlayacaq.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etdirilməsi nəzərdə tutulur.
Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Qeyd edək ki, rəqslər paytaxtımızda keçirilən Formula-1 Qran-pri yarışı ilə əlaqədar bir müddət keçirilməmişdir.
Yuxarıda qeyd olunan günlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları rəqs məkanında müxtəlif xalqların rəqslərini izləyə biləcəklər.
azertag.az