Formula 1 üzrə Avropa Qran Prisi axşam saatlarında keçirilə bilər. Bu barədə Formula 1-in baş promouteri Berni Ekklstoun açıqlama verib.
Onun fikrincə, süni işıqlandırma şəraitində küçə yürüşü xüsusən maraqlı olacaq: "2017-ci ildə daha nələr etməyin gərəkliyi üzərində düşünmək lazımdır. Məsələn, təşkilatçılar trası daha açıq edə bilərlər. Bunu indi etmədilər, çünki hər şeyin necə işləyəcəyini bilmədikləri üçün sığortalandılar. Yürüşün başlanğıcının axşam saat 7-də olmasını istərdim. Bakı mərhələsinin daha layiqincə təşkili üçün hansı səylərin göstərildiyi görmək xoş olardı. Tras çox yaxşı çıxdı".
Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakıda keçirilib. Müqaviləyə əsasən, bu yürüş daha 4 il Azərbaycan paytaxtında təşkil olunmalıdır.
report.az