Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Bakının Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaq.
Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır.
Üç yüz milyon avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişafına töhfə verəcək.
APA