Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının iyul ayına olan tədbirlər planı açıqlanıb. Filarmoniyanın iyul afişasını təqdim edirik:
1 iyul, saat 19.00 Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri - dirijor Fuad İbrahimov solistlər - Günel Kazımova (piano), Murad İbrahimov (cello)
2 iyul,saat 19.00 Bakı Əyləncə Mərkəzində keçirilən DİN əməkdaşlarının peşə bayramına həsr olunan tədbirdə iştirak edən Azərbaycan Dövlət Rəqs Ansamblı - bədii rəhbər Afaq Məlikova
8 iyul, saat 19.00 Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri - bədii rəhbər və baş dirijor Rauf Abdullayev, solistlər (simfonik orkestrin artistləri)
15 iyul, saat 19.00 Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri - bədii rəhbər və baş dirijor Rauf Abdullayev solistlər - Kəmalə Neymanova (piano), Aslan Aslanov (piano)
30 iyul, saat 19.00 Qəbələ VIII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri - bədii rəhbər və baş dirijor Rauf Abdullayev
report.az