Qatar Airways Azərbaycandakı müştərilərinə dünya boyunca 150-dən çox istiqamətə səyahət üçün erkən rezervasiyaya xüsusi qiymət endirim kampaniyasına start verib.
Müştərilər hər zaman görmək istədikləri yerlərə daha asanlıqla səfər edəcək və Asiya, Avstraliya, Amerika, Afrika, Sinay Yaradımadası və bir sıra başqa istiqamətlərə səyahət zamanı erkən rezervasiya endirimlərindən faydalanacaqlar. Dünyanın ən yaxşı hava yolu şirkəti Qatar Airways növbəti səyahətiniz zamanı sizə unudulmaz səyahət təcrübəsi sözü verir.
1 İyul 2016 tarixinə qədər Qatar Airways-in Azərbaycandakı müştəriləri dünyaca məşhur bir çox istiqamətlərə böyük endirimlərlə səyahət etmək imkanı qazanacaqlar. Endirimlərdən yararlanmaq üçün bileti qatarairways.com saytından əldə etmək lazımdır. Bu erkən rezervasiya endirim kampaniyası çərçivəsində alınan biletlərlə səyahət müddəti 18 Sentyabr 2016 ilə 10 İyun 2017 tarixləri müddətidir.
Qatar Airways-in ölkə direktoru cənab Nazir Abduvahidov deyir: “Bu Qatar Airways müştərilərinə özəl endirim kampaniyası olub onları dünyanın ən yaxşı hava yolu şirkəti ilə səyahət etməyə və premium xidmətdən faydalanmağa çağıran xüsusi qiymətlərdir. Bu endirim kampaniyası ilə biz müştərilərimizə öz sevgi və hörmətimizi çatdırır bizi seçdiklərinə görə onlara minnətdarlığımızı bildiririk.”
Qatar Airways dünyanın əsas biznes və istirahət istiqamətlərinə 186 təyyarəlik hava donanması ilə mütəmadi səfərlər təşkil edən hava yolu şirkətidir. Şirkət Mumbai, Bangkok, Sinqapur, Hong Kong, Kolombo, Dubay və.s kimi 150-dən çox istiqamətə Dohada yerləşən Hamad Beynəlxalq Hava limanı üzərindən səfərlər təşkil edir.
Skytrax 2015 Dünya Havayolu nominasiyasında Qatar Airways 2015-c ilin Dünyanın ən yaxşı hava yolu şirkəti, Dünyanın ən yaxşı biznes sinif oturacağı və Yaxın Şərqin ən yaxşı hava yolu şirkəti seçilmişdir.
Cəmi 19 il bundan öncə qurulan Qatar Airways bu gün 184 təyyərəlik hava donanmasına sahib, Avropa, Amerika, Afrika, Asiyada 150-dən çox istiqamətinə mütəmadi uçuşlar təşkil edən hava yolu şirkətidir.
trend.az