Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Türkiyəyə aparılıb. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, Yaşar Nuri Türkiyəyə bu ölkədən onunla birgə gəlmiş tibb bacısı ilə qayıdıb. Aktyor Türkiyədəki Amerika Xəstəxanasında lazımi müayinələrdən keçəcək. Yaşar Nurinin bu xəstəxanada neçə gün qalacağı hələlik məlum deyil. Rəhimə Nuriyeva həyat yoldaşının yanına sabah gedəcək.
Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından etibarən müalicə olunur. O, uzun müddət Bakıda Mərkəzi Gömrük Xəstəxanasında, daha sonra isə Türkiyənin Amerika Xəstəxanasında müalicə olunub. Ötən həftə sonu aktyorun hərarəti artıb və o, yenidən Gömrük Xəstəxanasında yerləşdirilib.
APA