İyulun 3-də Londonun “Spice of life jazz” klubunda tanınmış caz ifaçısı Elçin Şirinov möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
İfaçı bildirib ki, iyulun 15-də isə onu müşayiət edən qrupla birgə Londonun “Vortex jazz” klubunda konsert verəcək. Konsert çərçivəsində görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayevin əsərləri ilə yanaşı, bir sıra xalq və bəstəkar mahnıları da səsləndiriləcək.
Həmçinin, konsertlərdə E. Şirinov özünün bəstəsi olan müxtəlif musiqi nömrələri ilə də çıxış edəcək. Azərbaycanın xalq və klassik musiqi elementlərinin birləşdiyi konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadacaq.
azertag.az