Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən III ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə imtahan iyulun 14-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. İmtahanda 31 mindən çox abituriyentin iştirakı gözlənilir.
APA