Bu il Azərbaycandan 200 tələbə Macarıstanda təhsil alacaq
28.6.2016

Azərbaycandan Macarıstana təhsil almağa gedən tələbələrin sayı artıb.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə 50-yə yaxın tələbə təhsil almaq üçün Macarıstana gedib. “Bu il isə Macarıstanda təhsil üçün 200 yer ayrılıb. 600-ə yaxın tələbə isə Macarıstanda təhsil almaq üçün müraciət edib. Bu tələbələrin 200-ü orada təhsil almaq imkanı əldə edəcək”, - deyə Ş. Mustafayev qeyd edib.

Nazir əlavə edib ki, təhsil haqqı Macarıstan hökuməti tərəfindən ödənilir: “Bununla da Azərbaycan tələbələri üçün əlavə imkanlar yaranır”.

xezerxeber.com